Molekulyar genetika
1.Mədəaltı
vəzinin ribonukleaza zəncirlərində polipeptid zəncirlərdən birində amin
turşuları aşağıdakı ardıcıllığa malikdir:lizin-asparaqin turşu-qlutamin
turşusu-sistein .Göstərilən polipeptid zəncirin sintezini idarə edən məlumat RNT-ni
təyin edin.
Həlli
Məsələnin şərtində mədəaltı vəzinin ribonukleaza zəncirlərindən
birində amin turşularının ardııcıllığı verilmişdir. Bu verilmiş amin turşu
ardıcıllğına görə polipeptid zəncirin sintezini idarə edən məlumat RNT –nin tələb
olunur. Bunun üçün kod cədvəlindən istifadə edərək verilmiş amin turşularını
kodlaşdıran tripletləri müəyyən etdikdən sonra , göstərilən polipeptid zəncirini
idarə edən məlimat RNT –ni təyin edirik.Beləliklə, məlumat RNT –nin quruluşunu
müəyyən edən tripletlər ardıcıllığı aşağıdakı kimi olacaqdır:
AAAAAUQQUASUAAUUQU.
Комментариев нет:
Отправить комментарий